“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb


Digərləri 07 Dek 2017 18:34:00 272 0

“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” “Microsoft Azərbaycan” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” “Microsoft Azərbaycan” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər arasında əldə olunan razılığa əsasən, “AzInTelecom”un Data Mərkəzinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair birgə əməkdaşlıq ediləcək. 2016-cı ilin dekabr ayında istismara verilən “AzInTelecom”un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzin texniki imkanları vasitəsilə “bulud” əsaslı infrastruktur həlləri təqdim edən “AzInTelecom”un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan “Microsoft” şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir. Belə ki, şirkətlərin ümumi məramı ən son data texnologiyaları və xidmətləri üzrə müvafiq məlumatların müasirləşdirilməsi və İT infrastrukturunun qiymətləndirilməsi üçün informasiya təminatından, eləcə də, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir. Bundan əlavə, “AzInTelecom”la qarşılıqlı əməkdaşlıq şəraitində hökumət və kommersiya qurumları “Microsoft”un lisenziyalaşdırma proqramı və həlləri ilə daha təhlükəsiz şəkildə təmin olunacaq. Potensial əməkdaşlıq çərçivəsində “AzInTelecom”da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.