"Bayern Munich"ə daha bir namizəd


İdman 07 Dek 2017 18:22:00 293 0

"Bayern Munich"ə daha bir namizəd

"Bayern Munich" Yupp Haynkesin mövsümün sonunda məşqçilik fəaliyyətinə yenidən son qoyacağını nəzərə alıb bu posta namizədləri nəzərdən keçirməkdədir. Goal.az "Bild"ə istinadən xəbər verir ki, "Shakhtar"un baş məşqçisi Paulo Fonseka da Münhen klubunun izlədiyi mütəxəsislər sırasına daxil olub. 44 yaşlı çalışdırıcı "Bavariya"nın rəsmiləri Karl-Haynz Rummenige və Hasan Salihamidjiçə təklif olunub. Foneskanın alman dilini bilməməsi onunla müqavilə imzalamaq ehtimalını aşağı salır. Portuqa mütəxəsisin "Shakhtar"la müqaviləsi mövsümün sonunda başa çatır.