Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib


Digərləri 07 Dek 2017 18:03:00 308 0

Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib

Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.

Həyat yoldaşı və 4 qızını öldürüb zirzəmidə basdıran Mehmanın cinayət əməli ilə bağlı yeni iddialar ortaya atılıb.

Son.az xəbər verir ki, dəhşətli qətlin üstünün açıldığı "Xəzər" telekanalında, Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan verilişə ilk açıqlama Səmədova Təranə Rəşid qızı - Mehparənin (qətlə yetirilən ana) bibisi qızından gəlib:

"Mən onda şübhələndim ki, Mehparə həmişə bizə gəlib, gedirdi. Onun ərinin xasiyyəti pis olduğuna görə, biz onlara getmirdik. Mehparə özü həmişə bizimlə əlaqə saxlayırdı. Qəfildən o bizə gəlmədi artıq. Əmisi oğlanları öldü, gəlmədi. Dedik görən ona nə oldu?! Qohumlardan biri Fərhadı rayonda gördü, soruşub ki, "Hanı bəs, Mehparə, uşaqlar yoxdur?" Fərhad cavabında "Mehparə qızlarla Bakıya gedib, elə yerdə işləyir ki, sizə heç kim gəlməyəcək, getməyəcək. Nə də heç kimlə telefonla əlaqə saxlamayacaqsan" cavabını verib. Mən də qohum onu deyəndən sonra şübhələndim. Qardaşına dedim ki, get polisə müraciət et. Bacının başında nəsə var. Bizə zəng olundu. Deyildi ki, filan restoranda dava olub. Fərhadla Fəqanı tutub, bölməyə aparıblar. Fərhad ifadəsində "Öldürmüşəm! Arvadımı, 4 qızımı evin "padval"ında basdırmışam" 

Bacısı Dürdanə bu gün canlı yayımda studiyada olub. Xoşqədəm "Dürdanə hələ ilk dəfə efirə gələndə ilk sözü "Biz Fərhaddan şübhələnirdik" olub.


Xəbərə aid fotolar