“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar


Digərləri 07 Dek 2017 17:51:47 239 0

“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar

“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar

Bakı. “Təhsil” Respublika İdman Mərkəzinin ölkəmizdə uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsində, kütləvi tədbirlərin təşkili və keçirilməsində, idman məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin həyata keçirilməsində xüsusi yeri var. Eyni zamanda mərkəz tərəfindən aparılan məqsədyönlü fəaliyyət nəticəsində, idman növləri üzrə mərkəzin yığma komandalarına perespektivli idmançıların cəlb edilməsi, həmin komndaların lazımi səviyyədə hazırlanmasının təmin olunmasının nəticəsi olaraq, qısa müddətdə yüksək nəticələr əldə edilmişdir. Belə ki, son üç ildə mərkəzin və struktur bölmələrinin idmançıları idman növləri üzrə respublka və beynəlxalq yarışlarda uğurla çıxış etmişlər. 2014-cü ildə ümumilikdə 1994 medal qazanılmışdır ki, bunlardan 1604 medal (479 qızıl, 505 gümüş, 620 bürünc) respublika yarışlarında, 390 medal isə (116 qızıl, 118 gümüş, 156 bürünc) beynəlxalq yarışlarda. 2015-ci ildə ümumilikdə 2850 medal qazanılmışdır ki, bunlardan 2286 medal (683 qızıl, 702 gümüş, 901 bürünc) respublika yarışlarında, 564 medal isə (184 qızıl, 167 gümüş, 213 bürünc) beynəlxalq yarışlarda. 2016-cı ildə ümumilikdə 2732 medal qazanılmışdır ki, bunlardan 2117 medal (684 qızıl, 633 gümüş,800 bürünc) respublika yarışlarında, 615 medal isə (206 qızıl, 197 gümüş, 212 bürünc) beynəlxalq yarışlarda. 2017-ci ilin son altı ayı ərzində isə ümumilikdə 855 medal qazanılmışdır ki, bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika yarışlarında, 131 medal isə (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda. Başa vurmaqda olduğumuz 2017-ci il “Təhsil” Respublika İdman Mərkəzi üçün əlamətdar idman uğurları və idman tədbirləri ilə yaddaqalan olub.