Luçesku Türkiyə mediasının tənqidi ilə üzləşdi


İdman 07 Dek 2017 17:47:00 316 0

Luçesku Türkiyə mediasının tənqidi ilə üzləşdi

Çempionlar Liqasında dekabrın 6-sı qrup mərhələsinin son oyunları baş tutub. Goal.az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku "Shakhtar" - "Manchester City" matçını izləməyi üstün tutub. Start heyətində 5 türk futbolçu ilə meydana çıxan "Beşiktaş"ın "Leipzig"lə duelinə baxmaq əvəzinə keçmiş komandasını tək qoymayan Luçesku Türkiyə mətbuatının də tənqidi ilə üzləşib. Media onun Superliqa klublarını yerli futbolçulara üstünlük verməmək ittihamını xatırlayıb. "Shakhtar"un matçını izləyənlər arasında Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenko da olub.