Azərbaycan at əti ixracını kəskin artırıb


İqtisadiyyat 07 Dek 2017 17:03:47 40 0

Azərbaycan at əti ixracını kəskin artırıb

Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub

Azərbaycan ətlik at ixracı istiqamətini genişləndirə bilər. Belə ki, Azərbaycanın ixrac qiymətlərinin cəlbedici olmasını nəzərə alaraq at ətinin ən böyük idxalçısı, eyni zamanda istehsalçılarından olan Çin və Rusiya ölkə üçün potensial ixrac bazarları hesab oluna bilər.

“Report” bu barədə Kənd Təsrrüfatı Nazirliyinin hazırladığı ixrac bazarlarının icmalına istinadən xəbər verir.

Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il, təqribən, 3-4 min ton at və qatır əti idxal edir. Xatırladaq ki, Qazaxıstan həm də, at ətinin istehsal həcminə görə, dünyada ikinci yerdədir.

Azərbaycanın iqtisadi əməkdaşlığının yüksək olduğu digər qonşu dövlətlər və region ölkələrində (xususilə İslam ölkələri) at ətinin istehlakı ilə bağlı olan qadağalar və digər sosial amillər bu ölkələrə ixracı mümkünsüz edir.

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 316 baş at (ətlik) ixrac olunub ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur. Qeyd edək ki, Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin ildə 1 155 baş at ixrac olunub.

Hesabat dövrünün göstəricilərinə əsasən, Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac satış qiyməti 148 ABŞ dolları olub, ötən il müvafiq göstəricisi isə 141 dollar təşkil edib.

Qeyd edək ki, dünya üzrə hər il, təqribən, 370 mln. dollar dəyərində at əti idxalı həyata keçirilir. Son 5 ilin göstəriciləri qlobal idxalda azalmanın müşahidə olunduğunu göstərir. At əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir. Regionda ixtisaslaşmış qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. ABŞ dünyada at ətinin istehlakına ən çox mənfi reaksiyanın olduğu ölkədir. Lakin buna baxmayaraq, hər il orta hesabla 25 min tondan çox at əti istehsal edir.

Kiçik sahibkarların əl işləri nümayiş olunub (FOTO) like
  • 07 Dek 17:03  
Digərləri Kiçik sahibkarların əl işləri nümayiş olunub (FOTO)

“Kiçik sahibkarların yaratdıqları” Sərgisi keçirilib.

arrow Ətraflı
İsrailli alimlər azərbaycanlılarla əməkdaşlıq etmək istəyirlər like
  • 07 Dek 17:00  
Digərləri İsrailli alimlər azərbaycanlılarla əməkdaşlıq etmək istəyirlər

İsrailli alimlər azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən

arrow Ətraflı
"Qarabağ" bu göstəriciyə əsasən Çempionlar Liqasında birincidir like
  • 07 Dek 16:52  
İdman "Qarabağ" bu göstəriciyə əsasən Çempionlar Liqasında birincidir

“Qarabağ” futbol üzrə Çempionlar Liqasının qrup mər

arrow Ətraflı
"Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət amillər müşahidə olunur" like
  • 07 Dek 16:52  
Digərləri "Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət amillər müşahidə olunur"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət a

arrow Ətraflı
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb like
  • 07 Dek 16:48  
Digərləri Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz

arrow Ətraflı
"Yerusəlim yetmiş ilə yaxındır İsrailin paytaxtıdır"  İsrailin Bakıdakı səfirliyi like
  • 07 Dek 16:48  
Dünya "Yerusəlim yetmiş ilə yaxındır İsrailin paytaxtıdır" İsrailin Bakıdakı səfirliyi

"Yerusəlim 3000 il ərzində yəhudilərin paytaxtı olub və 70 ilə yax

arrow Ətraflı
İstanbulda silahlı hücum: like
  • 07 Dek 16:44  
Dünya İstanbulda silahlı hücum:

İstanbulun Beşiktaş rayonunda ofislərdən birinə silahlı hücum olub.

arrow Ətraflı
Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir like
  • 07 Dek 16:40  
Digərləri Böyük Britaniyanın ticarət naziri Azərbaycana gəlir

Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa

arrow Ətraflı
Cavanşir Qurbanovun ailəsi Prezidentə təşəkkür etdi like
  • 07 Dek 16:39  
Digərləri Cavanşir Qurbanovun ailəsi Prezidentə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dər

arrow Ətraflı
Xaçmazda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb like
  • 07 Dek 16:35  
Sosial Xaçmazda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan

arrow Ətraflı
Gürcüstan həbsxanalarında 70-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir like
  • 07 Dek 16:35  
Sosial Gürcüstan həbsxanalarında 70-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir

Bundan başqa qonşu ölkənin cəzaçəkmə müəssisələrində Gürcüstan v

arrow Ətraflı