"Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu dəstəkləyir"


Siyasət 07 Dek 2017 17:08:00 316 0

"Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu dəstəkləyir"

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində Toivo Klaarı məlumatlandıran E.Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib və Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində