Kiçik sahibkarların əl işləri nümayiş olunub (FOTO)


Digərləri 07 Dek 2017 17:03:00 259 0

Kiçik sahibkarların əl işləri nümayiş olunub (FOTO)

“Kiçik sahibkarların yaratdıqları” Sərgisi keçirilib.

Bakı. Ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi təşkil olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunur.