Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma (FOTO)


Digərləri 07 Dek 2017 17:08:00 247 0

Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma (FOTO)

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır.

Bakı. ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır. Trend-in məlumatına görə, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar. Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər.