Türkiyənin qızıl-valyuta ehtiyatları bir həftədə 6,5 mlrd. dollar azalıb


İqtisadiyyat 07 Dek 2017 16:56:28 268 0

Türkiyənin qızıl-valyuta ehtiyatları bir həftədə 6,5 mlrd. dollar azalıb

Qızılın qiymətindəki azalma ehtiyatlara mənfi təsir edəcək

Türkiyənin qızıl-valyuta ehtiyatları keçən həftə 6 501 mln. dollar və ya 5,46% azalaraq 112 444 mln. dollara geriləyib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) həftəlik hesabatında deyilir.

Hesabata əsasən, 24 noyabr-1 dekabr həftəsində TCMB-nin valyuta ehtiyatları 6 495 mln. dollar və ya 6,74%, qızıl ehtiyatları isə 6 mln. dollar və ya 0,03% azalaraq 22 589 mln. dollara geriləyib.

Xatırladaq ki, TCMB-nin qızıl-valyuta ehtiyatları 2017-ci ilin maksimumuna avqustun 28-də (120 369 mln. dollar), minimumuna isə aprelin 28-də (102 735 mln. dollar) çatıb.

"Report"un analitik qrupu qızılın qiymətindəki azalma səbəbindən TCMB-nin qızıl-valyuta ehtiyatlarının bu həftə də azalacağını ehtimal edir.