Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO


Sosial 07 Dek 2017 16:44:03 280 0

Bərdədə ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib - FOTO

Yanğınının səbəbləri araşdırılır

 Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Qaraəhmədli kəndi ərazsində baş verib.

Belə ki, həmin kəndin sakini Niyazi Məmmədova məxsus evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb edilib. Birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğınını digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Yanğınının səbəbləri araşdırılır.