Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb


Siyasət 07 Dek 2017 16:34:10 289 0

Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Böyük Britaniya - Azərbaycan birgə hökumətlərarası komissiyanın iclası Bakıda keçiriləcək

Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət naziri baronessa Rona Feyrhed Azərbaycana dekabrın 14-də səfər edəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Bakıya səfəri zamanı baronessa R.Feyrhed Böyük Britaniya - Azərbaycan birgə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək.

Səfər dekabrın 15-də başa çatacaq.