Gürcüstan həbsxanalarında 70-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir


Sosial 07 Dek 2017 16:35:10 277 0

Gürcüstan həbsxanalarında 70-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir

Bundan başqa qonşu ölkənin cəzaçəkmə müəssisələrində Gürcüstan vətəndaşı olan yüzlərlə azərbaycanlı məhbus saxlanılır

Hazırda Gürcüstan həbsxanalarında 70-ə yaxın Azərbaycan vətəndaşı cəza çəkir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bundan başqa, qonşu ölkənin cəzaçəkmə müəssisələrində Gürcüstan vətəndaşı olan yüzlərlə azərbaycanlı məhbus saxlanılır. 

Məlumata görə, Gürcüstan hökumətinin həyata keçirdiyi layihələrdən onlar da faydalanırlar. Artıq bir neçə müsəlman məhbuslar üçün ibadət otaqları yaradılıb. Məhbuslara müxtəlif kitablar və digər maarifləndirici materiallar verilir. Gürcüstanın Əfv Komissiyasında hazırda baxılan müraciətlər arasında azərbaycanlıların da adları var.

Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu il oktyabrın 12-də 226 məhbusun əfv edilməsi barədə fərman imzalamışdı. Əfv olunanların sırasında azərbaycanlılar da var idi.