İsrailli alimlər azərbaycanlı həmkarları ilə neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər


Digərləri 07 Dek 2017 16:32:00 170 0

İsrailli alimlər azərbaycanlı həmkarları ilə neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər

İsrailli alimlər azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Bakı. İlhamə İsabalayeva - İsrailli alimlər azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetin professoru Zvi Ben-Avraham Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşündə deyib. Z.Ben-Avraham bildirib ki, bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruridir. Alim əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib.