Həkim səhvlərindən sığortalanmaq olarmı?


Digərləri 07 Dek 2017 16:28:00 194 0

Həkim səhvlərindən sığortalanmaq olarmı?

Müasir dövrdə həkim səhvlərinin statistikasına nəzər yetirsək görərik ki, hətta tibb sahəsində qabaqcıl olan inkişaf etmiş ölkələrdə belə vəziyyət dəhşətə gətirəcək dərəcədədir.

Bakı. Müasir dövrdə həkim səhvlərinin statistikasına nəzər yetirsək görərik ki, hətta tibb sahəsində qabaqcıl olan inkişaf etmiş ölkələrdə belə vəziyyət dəhşətə gətirəcək dərəcədədir. Belə ki, təkcə ABŞ-da həkimlərin səhvi nəticəsində on minlərlə (ayrı-ayrı mənbələrə görə 50.000-dən 150.000-ə qədər) insan həyatdan məhrum olur. Daha çox insan isə yanlış diaqnoz, səhv təyin olunmuş preparatlar və ya cərrahi müdaxilələrdən zərər çəkir. Avropada da eyni vəziyyət müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə Avropa ölkələrində hospitala qəbul edilmiş pasientlərin 8%-dən 12%-ə gədəri tibbi səhvlərlə üzləşməli olurlar. Hər 20 pasientdən biri hospital infeksiyalarından zərər çəkməkdədir. Pasientlər müxtəlif qəbildən olan tibbi səhvlərlə: diaqnostik, müalicəvi, texniki və təşkilati və s. səhvlərlə üzləşirlər. Bunların arasında ən çox rast gəlinən səhvlər həkimlər tərəfindən tibbi preparatların düzgün təyin edilməməsi və ya dozasının düzgün müəyyən edilməməsi hallarıdır. Mötəbər mənbə sayılan BMJ-də nəşr olunan CDC (Center for diseases control and prevention) nəticələrinə görə, ölüm səbəblərinin sırasında həkim səhvləri artıq 3-cü yeri almışdır. Birinci və ikinci yerlərdə isə ənənəvi olaraq ürək-damar və onkoloji xəstəliklərdir. Uzun müddət 3-cü yerdə duran tənəffüs yolları xəstəlikləri öz yerini həkim səhvlərinə verib. Beləliklə, həkim səhvləri 10 minlərlə pasientin ölümünə səbəb olaraq, onkoloji xəstəliklərlə tənəffüs yolları xəstəliklərinin arasında dayanmaqdadır. Təəssüflə qeyd etmək istərdik ki, hazıda Azərbaycanda həkim səhvlərinə dair dəqiq statistik məlumatlara malik deyilik. Bununla belə təxmin etmək olar ki, bizim ölkədə reallığın inkişaf etmiş ölkələrlə müqayisədə yaxşı olması ehtimalı azdır.