Litva XİN: Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir


Digərləri 07 Dek 2017 15:52:00 234 0

Litva XİN: Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir

ATƏT regionunda həll olunmamış münaqişələr, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir

Bakı. Ləman Zeynalova - ATƏT regionunda həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir. Trend-in məlumatına görə, bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib. Nazir deyib: "Moldova və Ukraynada həll olunmamış münaiqşələr və Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyin möhkəmlənməsinə mane olur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin