Kestutis Yankauskas: "Azərbaycan və Avropa İttifaqı arasında aviasiya barədə sazişin ilkin müzakirəsinin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir"


Siyasət 07 Dek 2017 15:23:53 303 0

Kestutis Yankauskas: "Azərbaycan və Avropa İttifaqı arasında aviasiya barədə sazişin ilkin müzakirəsinin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir"

Aİ-nin Bakıdakı səfiri: "Mətn üzərində iş, təxminən, 99% başa çatıb, bəzi detallar qalır"

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya barədə sazişin ilkin müzakirəsinin gələn ilin əvvəlində, daha dəqiq desək, yanvar ayının ikinci yarısında keçiriləcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

"Mətn üzərində iş, təxminən, 99% başa çatıb, bəzi detallar qalır. Onlar üzərində də intensiv iş aparılır", - o bildirib.