Aİ-nin Azərbaycandakı səfiri: "Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar dekabrda davam etdiriləcək"


Siyasət 07 Dek 2017 15:29:00 287 0

Aİ-nin Azərbaycandakı səfiri: "Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar dekabrda davam etdiriləcək"

Dekabrın 15-də Bakı və Brüssel arasında yeni saziş üzrə növbəti sektoral müzakirələr keçiriləcək

"Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar dekabrda davam etdiriləcək".

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dekabrın 15-də Bakı və Brüssel arasında yeni saziş üzrə növbəti sektoral müzakirələr keçiriləcək.

K.Yankauskas əlavə edib ki, mzakirələr videokonfrans formatında keçiriləcək.