KOS-un inkişafı tədbirlərinə beynəlxalq ekspertlər cəlb edilir


Digərləri 07 Dek 2017 15:22:00 252 0

KOS-un inkişafı tədbirlərinə beynəlxalq ekspertlər cəlb edilir

Seminarda bir sıra dövlət qurumlarının və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib.

Bakı. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərinin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, seminarda bir sıra dövlət qurumlarının və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 11 istiqamət üzrə yol xəritələri, o cümlədən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” təsdiq olunduğunu vurğulayıb və bu istiqamətdə görülmüş işlər, biznes və investisiya mühitinin inkişafı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.