"Roma"da yeni müqavilə


İdman 07 Dek 2017 14:53:00 224 0

"Roma"da yeni müqavilə

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Roma" Diyeqo Perotti ilə yeni müqavilə imzalayıb. Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə anlaşma 2021-ci ilin yayına kimi qüvvədə qalacaq. Argentinalı havbek paytaxt klubuna 2015/16 mövsümünün gedişində "Genoa"dan gəlmişdi. "Roma"da 78 oyuna çıxan Perotti 17 qol vurub. Bunlardan sonuncusu ÇL-da "Qarabağ"ın qapısına vurulub.