Tacı əlindən alınan modelin 1 ilədək həbsi istənilir


Digərləri 07 Dek 2017 14:42:00 334 0

Tacı əlindən alınan modelin 1 ilədək həbsi istənilir

Tacı geri alınan model İtır Esenə daha bir zərbə vurulub

Sentyabrda "Miss Turkey 2017" seçilən, lakin daha sonra Tvitterdə 15 iyul şəhidlərini təhqir edən paylaşımları səbəbindən tacı geri alınan model İtır Esenə daha bir zərbə vurulub.

Son.az axşam.az-a istinadən bildirir ki, model haqqında açılmış "Xalq arasında sosial, irqi, dini və cinsi ayrı-seçkilik salaraq təhqir və böhtan" cinayət işi yekunlaşıb.   Esenin 1 ilədək həbsi tələb edilir. İtır məhkəmədə ifadəsində şəhidləri təhqir etmək məqsədinin olmadığını bildirsə də, modelin həbsi tələbi qüvvədə qalıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində