Sven Mikser: "Aİ ATƏT-ə üzv olan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir"


Dünya 07 Dek 2017 14:37:13 292 0

Sven Mikser: "Aİ ATƏT-ə üzv olan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir"

Estoniya XİN başçısı: "Aİ münaqişələrin həllində ATƏT institutlarının iştirakını aktiv şəkildə alqışlayır"

"Avropa İttifaqı (Aİ) ATƏT-ə üzv ölkələrdəki münaqişələrin həllində təşkilatın institutlarının iştirakını aktiv şəkildə alqışlayır."

"Report" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Sven Mikser Vyanada ATƏT-in nazirlər iclasında bildirib.

"Aİ ATƏT-ə üzv olan dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir", - S.Mikser deyib.