İl hələ bitməyib, "yol terroru" 181 nəfərin canını alıb SON STATİSTİKA


Digərləri 07 Dek 2017 14:01:00 263 0

İl hələ bitməyib, "yol terroru" 181 nəfərin canını alıb  SON STATİSTİKA

Bu il yanvarın 1-dən dekabrın 2-dək Bakı şəhəri üzrə 574 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az xəbər verir ki, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, hadisələr nəticəsində 181 nəfər ölüb, 512 nəfər xəsarət alıb.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 20 ölüm, 160 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib: "Bu, dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlərin nəticəsidir".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində