"Bax, istifadə et, yarat" mobil tətbiqlər müsabiqəsinin qalibləri mükafatlandırılıb


Digərləri 07 Dek 2017 13:40:00 209 0

"Bax, istifadə et, yarat" mobil tətbiqlər müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Bakutel-2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 13 noyabr tarixində Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb.

Bakı. “Bakutel-2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 13 noyabr tarixində Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb. Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib. Müsabiqənin məqsədini Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi olub. Müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbirlərlə qatılıblar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, “Best Comp Group”, “Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.