Özbəkistan BakıTbilisiQars layihəsinə qoşulacağı vaxtı açıqladı


Digərləri 07 Dek 2017 13:02:00 268 0

Özbəkistan BakıTbilisiQars layihəsinə qoşulacağı vaxtı açıqladı

2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər.

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir.   İmzalanan fərmanla prezident Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqləyib. Proqrama Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub.   Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək.   Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində