ƏƏSMN-in "Çağrı mərkəzləri"nə müraciətlərin sayı 35,8 faiz azalıb


Digərləri 07 Dek 2017 11:00:00 203 0

ƏƏSMN-in "Çağrı mərkəzləri"nə müraciətlərin sayı 35,8 faiz azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN-in fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.