Bilik Fondu Beynəlxalq İnsan Hüququları gününə həsr edilmiş tədbir keçirib (FOTO)


Digərləri 07 Dek 2017 10:53:00 233 0

Bilik Fondu Beynəlxalq İnsan Hüququları gününə həsr edilmiş tədbir keçirib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib. Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov Bilik Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini xüsusilə vurğulayıb və Beynəlxalq İnsan Hüququları gününə həsr edilmiş tədbirin Sumqayıt şəhərində təşkilinə görə Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib. İştirakçıları salamlayan Fondun aparat rəhbəri İsaxan Vəliyev “Hüquqi maarifləndirmə” Proqramı çərçivəsində görülən işlərdən danışıb, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatlar kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, son zamanlar cəza siyasətinin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatı istiqamətində bir sıra qanunvericilik aktlarının qəbul edildiyini faktlarla diqqətə çatdırıb.