Dəhşətli qətlin üstü açıldı - Ata 4 övladını və həyat yoldaşını öldürərək basdırıb


Digərləri 07 Dek 2017 10:43:00 239 0

Dəhşətli qətlin üstü açıldı - Ata 4 övladını və həyat yoldaşını öldürərək basdırıb

Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Bakı. Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən birgə məlumatda deyilir. Bildirilir ki, hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.