"Oskar"a layiq türk filmi Nizami Kino Mərkəzində FOTO


Digərləri 07 Dek 2017 10:32:00 440 0

"Oskar"a layiq türk filmi Nizami Kino Mərkəzində  FOTO

Qəhrəmanları hələ də həyatda olan "Ayla: The Daughter of War" filmində dil, din və irqin önəmi olmadan insanların istənilən zamanda, istənilən yerdə, hətta müharibə şəraitində belə sevgi dolu hisslərlə birləşməyin mümkünlüyü əks olunub.

Ötən gün Nizami kino mərkəzində "Ayla" türk filminin qapalı nümayişi olub. Real hadisədən götürülmüş mövzunun ekranlaşdırıldığı türk filmi təsirli səhnələri ilə maraq doğurub.

Son illərin ən yaxşı türk filmi kimi dəyərləndirilən "Ayla"nın 2018-ci ildə "Oskar"a namizədliyi irəli sürüləcək. Filmin "Oskar"a layiq olub-olmayacağını bilməsək də, çox təsirli olduğunu qeyd etməliyik.

Film 1950-ci illərdə Koreya müharibəsinə qatılan türk əsgərlərindən biri, gizir Süleyman Dilbirliği ilə müharibə zamanı valideynləri öldürüldüyünə görə tək qalan koreyalı uşağın sevgisindən bəhs edir.

Vəhşicəsinə qətlə yetirilən insanların arasında tək qalan koreyalı uşağı tapan türk əsgərlər onu ay işığında tapdıqlarına görə Ayla adını verirlər. Ayla Süleyman adlı giziri atası qədər sevir. Müharibə bitdikdən sonra onlar məcburən ayrılırlar. 50 il sonra, 2000-ci illərdə yenidən qovuşurlar. Onların qovuşma anının kadrları filmin sonunda göstərilir.

Qeyd edək ki, filmin rejissoru Can Ulkaydır. Filmə İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Lee Kyong-Jin, Ali Atay, Murat Yıldırım, Taner Birsel, Altan Erkekli, Meral Çetinkaya, Damla Sönmez, Büşra Develi, Erkan Petekkaya, Sinem Uslu, Eric Roberts, Cade Carredine, Kim Byoungsoon, Johnny Young, Mehmet Esen, Caner Kurtaran, Burç Kümbetlioğlu, Duygu Yetiş, Ali Barkın, Nilgün Kasapbaşoğlu, Mine Teber, Esra Dermancıoğlu, Toygan Avanoğlu, İlber Gürtunca kimi məşhurlar çəkiliblər.

Film imdb-də 9.2 xal toplayıb, google istifadəçilərinin 97 faizi tərəfindən bəyənilib.

Emin Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar