Azərbaycan İKT sahəsində İspaniya ilə əməkdaşlığı genişləndirir


Digərləri 07 Dek 2017 10:28:19 192 0

Azərbaycan İKT sahəsində İspaniya ilə əməkdaşlığı genişləndirir

"Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə İspaniya şirkəti ilə əməkdaşlıq ediləcək.

Bakı. Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.