ABŞ İsraili Qüdsün paytaxt kimi tanınmasına hələ reaksiya verməməyə çağırıb


Dünya 07 Dek 2017 10:00:11 227 0

ABŞ İsraili Qüdsün paytaxt kimi tanınmasına hələ reaksiya verməməyə çağırıb

"Amerika rəhbərliyi Yaxın Şərqdə və bütün dünyada bu qərara qarşı addımlar gözləyir"

ABŞ Dövlət Departamenti İsrail hökumətinə müraciət edərək onları Qüdsün paytaxt kimi tanınmasına hələ reaksiya verməməyə çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin rəsmi sənədində deyilir.

"Bu xəbərləri ictimai formada alqışladığınızı etiraf etməyimizə baxmayaraq, sizi hələ rəsmi reaksiya verməməyə çağırırıq", - Dövlət Departamentinin bəyanatında qeyd edilib.

Bəyanatda həmçinin deyilir ki, ABŞ rəhbərliyi Yaxın Şərqdə və bütün dünyada bu qərara qarşı addımlar gözləyir.