Xalq artisti gənc müğənniləri tənqid atəşinə tutdu:


Digərləri 07 Dek 2017 09:56:42 348 0

Xalq artisti gənc müğənniləri tənqid atəşinə tutdu:

"5/5" verilişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva odlu-alovlu açıqlamaları ilə yadda qalıb.

Son.az xəbər verir ki, xalq artisti studiyada mahnıları səslənən müğənniləri tanımamağının səbəbini aşağıdakı sözlərlə izah edib:

"Gənclərin, demək olar ki, mən 80 faizinə qulaq asa bilmirəm. Ona görə ki ali təhsil almaq istəmirlər, tez toyxanalara qaçırlar, musiqiləri düz təqdim eləmirlər. Meyxana sənətini çox sevirəm, amma daha çox meyxanaya üz tuturlar, meyxanaçılarla duet oxuyurlar".

Məhəmməd Vaqif Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində