BMW bazara 25 yeni model çıxaracaq


Digərləri 07 Dek 2017 08:58:00 830 0

BMW bazara 25 yeni model çıxaracaq

Bu modellərdən 12-si elektrokar olacaq

Almaniyanın BMW avtomobil konserni 2025-ci ilə qədər 12-si elektrokar olmaqla bazara 25 yeni model çıxaracaq.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, yeni modellər arasında debüt yenilənmiş "BMW i8 Roadster" idman maşınının payına düşəcək. Bu model Los-Ancelesdəki avtosalonda artıq təqdim olunub. BMW 2025-ci ilədək həmçinin "Mini" heçbeki və "BMW X3" krassoverinin tam elektrik variantını buraxmaq niyyətindədir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin