Səudiyyə Ərəbistanı Trampın qərarını "məsuliyyətsiz" adlandırıb


Dünya 07 Dek 2017 08:38:00 238 0

Səudiyyə Ərəbistanı Trampın qərarını "məsuliyyətsiz" adlandırıb

Ər-Riyad ABŞ administrasiyasını Qüdslə bağlı mövqeyinə yenidən baxmağa çağırıb

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının fələstinlilərə qarşı qərəzli olduğu hesab edir və Vaşinqtonu bu məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı "Al Arabiya" telekanalı məlumat yayıb. Məlumata görə, Ər-Riyad Trampın qərarını "anlaşılmaz, məsuliyyətsiz və əsassız" adlandırıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin