Smartfondan asılılıq beyini dəyişir


Digərləri 07 Dek 2017 07:33:00 259 0

Smartfondan asılılıq beyini dəyişir

Şimali Amerikanın Radioloji Cəmiyyətinin alimləri illik yığıncaq zamanı bildiriblər ki, smartfonlardan həddən çox istifadə bir sıra psixoloji pozğunluqlara yol açır. Bundan başqa, bəzi hallarda bu, insan beynində dəyişikliklərə səbəb ola bilər. Müxtəlif tədqiqatların nəticələri bu deyilənləri sübut edir.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqat zamanı smartfon və internetə çox bağlı olan 19 yeniyetmənin (orta yaş 15,9) beyninin öyrənilməsi üçün maqnit-rezonans spektroskopiyadan istifadə edilib. Müqayisə kimi həmin sayda eyni yaşlı iştirakçılar seçilib.

Toplanmış nəticələrə əsaslanaraq Seulda fəaliyyət göstərən Koreya Neyroradioloji Universitetinin professoru Xyunq Suk Seo aşkar edib ki, smartfonlardan asılı olan yeniyetmələrdə depressiya, həyəcan, yuxusuzluq və impulsivlik əlamətləri daha çox özünü büruzə verir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin