İlk SMS mesajın məzmunu bilindi


Digərləri 07 Dek 2017 07:11:00 326 0

İlk SMS mesajın məzmunu bilindi

Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi "Sky News" telekanalına məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, dünyada ilk SMS mesajı "Vodafone" telekommunikasiya şirkətinin direktoru qəbul edib. Mesajın mətni "Milad bayramın mübarək" sözlərindən ibarət olub. Papvort bildirib ki, o öz mesajına cavab almayıb. 1992-ci ildə mobil telefonlar mesajları qəbul etsələr də, amma mesaj göndərmək üçün kompüter tələb olunurdu.

"Mən mətn mesajlarını ixtira etməmişəm, sadəcə, ilk SMS mesaj göndərən xoşbəxt insanam" - Papvort deyib. Məlumat üçün bildirək ki, ilk SMS mesajın göndərilməsindən 20 il sonra -  2012-ci ildə yalnız Böyük Britaniyada 151 milyard mesaj göndərilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin