XİN: Türkiyə Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını qınayıb


Siyasət 06 Dek 2017 23:07:00 240 0

XİN: Türkiyə Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını qınayıb

Türkiyə XİN ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanımasını qınayıb. Trend-ə XİN-dən verilən məlumata görə, bunu ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

"Türkiyə ABŞ tərəfindən Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasını və səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsini qınayır", deyə məlumatda bildirilir. Qeyd olunur ki, Çavuşoğlu bu addımı "məsuliyyətsiz" adlandırıb.

Xatırladaq ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.