Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib


Dünya 06 Dek 2017 22:40:11 284 0

Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib

Bunu o, çıxışı zamanı deyib

ABŞ prezidenti Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verib.

“Report” xəbər verir ki, bunu o, çıxışı zamanı deyib.

"Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verirəm", — deyə Tramp bildirib.