Bakı-Novorossiysk neft kəməri yaxınlığında partlamamış hərbi sursatlar tapılıb


Sosial 06 Dek 2017 21:47:24 286 0

Bakı-Novorossiysk neft kəməri yaxınlığında partlamamış hərbi sursatlar tapılıb

Ümumilikdə 112 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 6-da daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisindən keçən Bakı-Novorossiysk neft kəmərinin 106-cı km-nin yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 112 ədəd partlamamış hərbi sursat (PHS), 250 ədəd partlamış-yanmış mərmi qalıqları və 275 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 168 500 kv.m (16.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 90 gün ərzində 21 265 ədəd partlamamış hərbi sursat (PHS), 11 797 ədəd partlamış-yanmış sursat qalıqları və 74 976 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 688 512 kv.m (7 269 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.