2017cı ildə ən çox pul qazanan müğənnilərin adları açıqlandı


Digərləri 06 Dek 2017 21:09:00 244 0

2017cı ildə ən çox pul qazanan müğənnilərin adları açıqlandı

"Forbes" jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, reytinqə amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir.Onun bu ilki gəliri 130 milyon dollar məbləğində qiymətləndirib.

İkinci yeri 105 milyon dollar gəlir əldə edən Beyonce tutub. Üçüncü yerdə reper Dreyk ($94 milyon),  dördüncü və beşinci pillələrdə isə The Weeknd ($92 milyon ) və "Coldplay" qrupu ($88 milyon) qərarlaşıb.   İlk onluqda həmçinin "Guns N' Roses",  Castin Biber, Bryus Sprinqstin, Adel və "Metallica" qrupu yer alıb.