Vladimir Putin Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib


Dünya 06 Dek 2017 18:42:32 262 0

Vladimir Putin Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib

"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm"

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin "QAZ" Avtomobil Zavodunun işçiləri ilə görüşdə deyib.

"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm", - o vurğulayıb.