"Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir"


Digərləri 06 Dek 2017 18:20:00 386 0

"Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir"

"Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir".

Mİlli.Az xəbər verir ki bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Mikayıl Cabbarov bu sahədə ciddi işlər görəcək:

"Azərbaycanın təhsil sahəsində çox dərin axsamalar var idi. Mikayıl Cabbarov təhsil naziri təyin edilərkən bu axsamaların müəyyən hissəsini aradan qaldırıb. Mikayıl Cabbarov korrupsiyalaşmamış şəxs sayılır. O, iqtisadi sahədə təcrübəsi olan və xarici vergi sistemini bilən şəxsdir. Dövlət başçısı da Mikayıl Cabbarovun təmiz kadr olduğunu nəzərə alaraq onu vergilər naziri təyin edib. Güman edirəm ki, Mikayıl Cabbarovun səyi nəticəsində vergi sistemində şəffaflıq artacaq, sahibkarlar sahələrə daha böyük investisiya qoyub inkişaf etdirəcək. Bu kadr islahatı müəyyən struktur islahatlarına da səbəb olacaq və Azərbaycanda vergi siyasətində yaxşı nəticələr əldə ediləcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib və vergilər naziri təyin edilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində