Cavanşir Qurbanov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib


Siyasət 06 Dek 2017 18:07:00 291 0

Cavanşir Qurbanov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.