Afaq ona təhqir yazan izləyicisinə: "Artıq susmayacağam"


Şou-biznes 06 Dek 2017 17:50:00 279 0

Afaq ona təhqir yazan izləyicisinə: "Artıq susmayacağam"

Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqir yazan izləyicilərinə xəbərdarlıq edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ona təhqir yazan bir izləyicisini tapdığını söyləyib:

"Əziz izləyicilərim, ilk öncə, məni izlədiyiniz üçün təşəkkür edirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bir müddətdir ki, bütün məhşurların paylaşımlarının altında saxta hesablarla artıq-əskik sözlər yazılır. Belə izləyicilərin əlindən cana gəliblər. Mən də bir müddətdir belə məqamlarla rastlaşsam da, silib susurdum. Lakin artıq kifayətdir. 

6.12.2017 tarixində paylaşdığım şəklin altında təhqiramiz sözlər yazan bir istifadəçi tərəfimizdən tapıldı. Hesabın Cəfərov Vasif adlı şəxsə məxsus olduğu müəyyənləşdirildi. Şəxslə əlaqə saxlanılıb etdiyi şərhin Azərbaycan Respublikası Cinayət Məcəlləsi 148-ci maddəsi üzrə cinayət hesab olunduğu və bir daha təkrarlanarsa, məsuliyyətə cəlb ediləcəyi xəbərdarlığı verildi. Biz artıq susmayacağıq".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində