Ermənistanın XİN başçısı Vyanada Minsk qrupunun həmsədrləri ilə görüşüb


Siyasət 06 Dek 2017 17:44:10 313 0

Ermənistanın XİN başçısı Vyanada Minsk qrupunun həmsədrləri ilə görüşüb

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur

Ermənistanın xarici işlər naziri Edvard Nalbaldyan Avstriya paytaxtı Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur.

Danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilib.