Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir"


Siyasət 06 Dek 2017 17:21:13 321 0

Nazir müavini: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir"

Xələf Xələfov: "Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək"

"Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

O qeyd edib ki, Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və bu ölkələrin xalqlarının rifahı üçün xidmət edəcək.