Daşkəsəndə baş verən yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB


Sosial 06 Dek 2017 17:28:00 253 0

Daşkəsəndə baş verən yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Gəncə-Dəşkəsən avtomobil yolunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədov Ramil Aqil oğlu və 1975-ci il təvəllüdlü Məmmədov Xəyyam Pənah oğlu, Tərtər rayonun Ələsgərli kənd sakini, 1976-cı il təvəllüdlü Ələkbərov Nəriman Mugay oğlu və onun həmyerlisi, 1989-cu il təvəllüdlü Sarıyev Xəyyam Üzeyir oğludur.

İlkin məlumatlata görə, Daşkəsənin Bayan kənd ərazisindən keçən zaman "Mercedes" markalı avtomobil "Niva" markalı avtomobilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yol kənarındakı qayalığa çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 16:26

Daşkəsən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Daşkəsən rayon ərazisində "Niva" markalı avtomobillə "Mercedes" markalı, 10-ZN-787 dövlət-qeydiyyat nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürcüləri və avtomobillərdə olan sərnişinlər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.