5 tondan çox qida əlavəsi tutuldu VİDEO FOTO


Digərləri 06 Dek 2017 17:14:00 276 0

5 tondan çox qida əlavəsi tutuldu  VİDEO  FOTO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.

Son.az DGK-nın saytına istinadən xəbər verir ki, bu fakt idarə əməkdaşlarının "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar