Quba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq (FOTO)


Digərləri 06 Dek 2017 17:14:23 239 0

Quba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq (FOTO)

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Bakı. Samir Əli - Həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 7.5 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir. Sözügedən yolun 12 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.