Polşa kəşfiyyat idarəsinin keçmiş başçısı Rusiya ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub


Dünya 06 Dek 2017 17:09:15 295 0

Polşa kəşfiyyat idarəsinin keçmiş başçısı Rusiya ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub

Polşa Xüsusi Xidmətinin keçmiş başçısı, general Yanuş Nosekin də adı şübhəlilər siyahısındadır

Polşa hərbi əks-kəşfiyyat xidmətinin keçmiş başçısı, general Petr Pıtelya Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıqda şübhəli bilinərək həbs edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Antoniy Matsereviç bildirib.

Onun sözlərinə görə, general Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq haqqında razılaşmanı imzalayarkən qanunu pozmaqda şübhəli bilinir.

Məlumata görə, 2010-cu ildə Rusiya xüsusi xidmət orqanı ilə Polşanın əks-kəşfiyyat hərbi xidməti arasında Polşa hərbi heyətinin Əfqanıstandan çıxarılmasına dair müqavilə imzlanıb. FTX ilə Polşa hərbi kəşfiyyatı arasında 2016-cı ildəki əməkdaşlıq faktı araşdırılır. P.Pıtelya ilə yanaşı, bu məsələdə Polşa Xüsusi Xidmətinin keçmiş başçısı, general Yanuş Nosekin də adı şübhəlilər siyahısındadır. P.Pıtelyanın saxlanılmasının istintaqa gəlməməsi ilə bağlı olduğu da ehtimal edilir.  

Qeyd edək ki, P.Pıtelya 2013-2015-ci illərdə hərbi əks-kəşfiyyata başçılıq edib. O, 2008-2013-cü illərdə bu vəzifədə işləmiş Yanuş Noseki əvəzləyib.